Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya, ABŞ və Çin arasında görüş nüvəsizləşdirməyə həsr olunmalıdır.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mətbuata açıqlamasında deyib.
"Söhbət nüvəsizləşdirmədən gedir. Məsələ təkcə bununla bağlı deyil. Amma hələ uzun bir yolumuz var", - deyə ABŞ prezidenti qeyd edib.
Xatırladaq ki,ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin ilə üçtərəfli görüş təşkil etmək istədiyini bildirib.
Gülşən Şərif