Tramp üçün Qafqazda tarixi şans: Bakının planı var, yekun razılaşma olacaq | Icma.az
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-da yeni seçilmiş Prezident Donald Trampın hakimiyyətə gəlməsi Yaxın Şərq və Avropa ilə yanaşı, Cənubi Qafqazdakı proseslər fonunda da vacib dəyişiklik kimi qiymətləndirilir.
Xüsusilə son illərdə gərginləşən ABŞ-Azərbaycan münasibətlərinə yenidən baxılacağı və əlaqələrin inkişaf etdiriləcəyi proqnozlaşdırılır.
Hətta nüfuzlu “Wall Street Journal” Trampın inaqurasiyadan sonra Azərbaycan və Ermənistan arasında münaqişənin bitirilməsinə xüsusi diqqət yetirəcəyini yazıb.
Nəşrin məlumatına görə, Bakı və İrəvan sülh müqaviləsi üzrə danışıqları səssiz şəkildə davam etdirirlər və hazırda irəliləyiş əldə olunub.
Bu baxımdan Trampın burada münaqişənin bitməsinə şərait yaradıb nüfuzunu gücləndirməsi, Rusiya-Ukrayna müharibəsinə son qoymaqdan daha asan olacaq.
Ağ Evin yeni rəhbəri Bakı və İrəvan arasında status-kvonu dəyişə biləcək?
Tramp Qafqazda sülhü təmin etməyə çalışacaq, yoxsa mövcud Vaşinqton hökuməti kimi gərginliyi daha da artıracaq?
Tam oxu
Xəbəri oxu