“Tramp Üçüncü Dünya müharibəsinin qarşısını aldı” Lukaşenko

25.11.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Donald Trampın sayəsində müəyyən mərhələdə Ukraynada hərbi əməliyyatların eskalasiyasının qarşısını almaq mümkün olub”.

525.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Le Point” jurnalına müsahibəsində bildirib. 

“Kim Trampa necə yanaşırsa-yanaşsın, o, bu müharibəyə ciddi şəkildə müdaxilə edib. Üçüncü Dünya müharibəsinin qarşısını alıb. Əgər hər şey Bayden dövründəki kimi davam etsəydi, bəlkə də münaqişə artıq genişlənmiş olardı. Üçüncü Dünya müharibəsi olmasa belə, NATO qüvvələri artıq bu müharibəyə cəlb edilmiş olardı. Tramp bunun qarşısını aldı.

O, hələ mümkün olan hər şeyi etməyib. Lakin amerikalılar Rusiyanın bu prosesi ləngitdiyini görsələr, Bayden dövründə olduğu kimi, Ukraynaya silah və pul, eləcə də digər yardımlar göstərəcəklər. NATO da fəallaşacaq.

Əgər ABŞ Zelenskinin Avropanı dolaşaraq bu prosesi ləngitdiyini görsə, Ukraynaya ümumiyyətlə nə silah, nə də maliyyə yardımı göstərəcək. Avropalılar isə bunun öhdəsindən gələ bilməyəcəklər. Üstəlik, ABŞ Prezidenti hazırda olduğundan daha çox Avropa ölkələrinə təzyiq göstərəcək. Təhlükənin nədən ibarət olduğunu başa düşürsünüzmü?”, - Lukaşenko deyib.

Əlavə edib ki, artıq hər kəsin bu münaqişədən yorulduğu, onun başa çatmasını, sülhün bərqərar olmasını istədiyi şübhəsizdir:

“Xüsusilə də sizdə baş verən prosesləri -  Fransada və digər Avropa İttifaqı ölkələrindəki etirazları nəzərə alsaq. Ukraynadakı münaqişə də bu etirazların səbəblərindən biridir”, - deyə Lukaşenko bildirib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью