Icma.az, Axar.az saytına istinadən bildirir.
ABŞ fond bazarında bir günlük ticarət ərzində səhmlərin ümumi dəyəri 3,2 trilyon dollar azalıb, eyni zamanda “Nasdaq 100” texnologiya indeksi 6,4% geriləyib.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“Cümə axşamı “S&P 1500 Composite” indeksinin bazar dəyərinin azalması ən böyük geriləmələrdən biri olub. Buna səbəb investorların süni intellektlə əlaqəli səhmləri kütləvi şəkildə satmasıdır. Səhmlərin kütləvi satışı aralıq seçkilərdə Demokratların Donald Trampın Respublikaçılar Partiyası üzərində inamlı qələbəsinin süni intellektə yatırılan xərclərin artımını ləngidə biləcəyi ilə bağlı narahatlıqlar fonunda baş verib. Məhz bu investisiyalar cari ildə Uoll-Stritdə rekord göstəricilərin qeydə alınmasına səbəb olmuşdu”, - məlumatda deyilib.