Tramp Uitkoffu Kremlə göndərir

26.11.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffu Kremlə göndərir. 

"Unikal" xəbər verir ki, bu barədə Tramp sosial media platforması "TruthSocial"da bildirib. 

O, Uitkoffa Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşməyi tapşırdığını açıqlayıb.

Trampın sözlərinə görə, Uitkoff Kremldə görüşlər keçirərkən, ordu katibi Den Driskol Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparacaq.

Tramp vitse-prezident C.D. Vance, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Ağ Evin aparat rəhbəri Suzi Uayls ilə görüşün nəticələrini gözləyəcəyini bildirib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью