Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur

12.03.2025

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynada nizamlanma üzrə danışıqların iştirakçıları təkcə atəşkəslə bağlı deyil, həm ərazilər mövzusunu müzakirə edirlər.

Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İrlandiyanın baş naziri Maykl Martinlə görüşündə deyib.

"Ərazilər və digər əlaqəli məsələləri də müzakirə etdik. Bir çox detallar müzakirə olunur”,-deyən ABŞ lideri təfərrüatları açıqlamayıb.

O, Ukrayna üçün müzakirə olunan atəşkəs imkanlarından və digər təkliflərdən danışaraq əlavə edib: "Düşünürəm ki, bu, Rusiya üçün məna kəsb edir. Rusiya üçün də bir çox mənfi cəhətlər var”.

///Report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью