Tramp: Ukrayna ilə bağlı saziş demək olar ki, razılaşdırılıb, yüksək səviyyəli görüşə ehtiyac var

26.04.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Rusiya və Ukrayna arasında münaqişənin nizamlanmasına dair mümkün razılaşmanın əksər şərtləri artıq razılaşdırılıb.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bəyan edib.
Onun sözlərinə görə, sülh sazişinin yekunlaşdırılması üçün tərəflərin yüksək səviyyədə görüş keçirməsi zəruridir.

“Rusiya və Ukrayna ilə yaxşı danışıqlar və görüşlər günü oldu. Onlar razılaşmaya çox yaxındırlar və indi hər iki tərəf bu məsələyə son qoymaq üçün çox yüksək səviyyədə görüşməlidir. Əsas maddələrin əksəriyyəti artıq razılaşdırılıb.” – deyə Tramp yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью