Tramp Ukrayna ilə sülh üçün Türkiyəyə gəlməyə hazırdır Ərdoğan

26.06.2025

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı sülh razılaşmaları üçün gələcəyi təqdirdə Türkiyəyə gəlməyə hazır olduğunu bildirib.

Redaktor.az xəbər verir ki,, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"Bizim əsas məqsədimiz ölkəmizdə liderlər səviyyəsində görüş keçirmək və çoxdan gözlənilən sülhə nail olmaqdır. Mən Haaqadakı görüşümüz zamanı bu barədə ABŞ Prezidenti Trampı da məlumatlandırdım. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin nizamlanma üçün İstanbula və ya Ankaraya gəlsə, o da İstanbula və ya Ankaraya gələcək. Biz lazımi təmasları edəcəyik və inşallah, tezliklə görüşəcəyik"(Report).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью