Tramp Ukrayna məsələsi ilə bağlı Putinlə görüşü gözləyir AZƏRTAC

23.12.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 dekabr, AZƏRTAC

“Rusiya Prezidenti Vladimir Putin mənimlə tez bir zamanda görüşmək istədiyini söylədi”.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Arizona ştatında keçirilən “AmericaFest” konfransında deyib. O, Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya lideri Vladimir Putinlə görüşü səbirsizliklə gözlədiyini bildirib.

“Ona görə də bunu gözləməliyik. Bu müharibəni bitirməliyik”, - deyə Tramp bildirib. O, bir daha bəyan edib ki, Cozef Baydenin yerinə ABŞ prezidenti olsaydı, Ukrayna münaqişəsi alovlanmazdı.

Xatırladaq ki, dekabrın 19-da ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin Trampla istənilən vaxt danışmağa hazır olduğunu və onunla görüşməyə razı olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью