Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Prezident Donald Tramp Ukraynada müharibəyə son qoymaq vizyonunu həyata keçirməkdə qərarlıdır. O, fəal hərəkət etməyi planlaşdırır.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti bildirib.
Dövlət Departamentinin sözçüsü Temmi Bryus brifinq zamanı deyib: “Düşünürəm ki, prezident həmin qərarları verəcək şəxsdir və o, bu münaqişəyə son qoymağa yönələn öz vizyonunun reallaşmasından ötrü buna fəal yanaşacaq”. O, həmçinin vurğulayıb ki, Tramp vəziyyəti qiymətləndirməkdə “olduqca açıqdır” və səbirlidir, lakin Ukraynanın müdafiə qabiliyyətini dəstəkləmək üçün NATO qarşısında götürdüyü öhdəliklərə sadiq qalacaq.
“AzPolitika.info”