Tramp Ukrayna məsələsində Rusiya ilə razılaşma əldə etmək imkanını görür

20.02.2025

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Ukrayna məsələsində Rusiya ilə razılaşmanın mümkün olduğuna inandığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə prezident təyyarəsində jurnalistlərlə söhbətində bildirib.

“Biz Rusiya ilə çox yaxşı işləyirik. Milyonlarla insanın potensial öldürülməsini dayandırmaq üçün Rusiya ilə razılaşa bilərik", - deyə Tramp bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Mayamidə investisiya konfransında çıxış edən Tramp Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqların uğurlu keçdiyini və irəliyə doğru böyük addım olduğunu bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью