Tramp Ukrayna müharibəsi planı ilə şoka sala bilər İDDİA | Icma.az
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır. ABŞ prezidenti Donald Trampın təşkil etdiyi və Ukraynada münaqişənin dondurulmasına
Münaqişənin dondurulmasına yönəlmiş danışıqlar döyüşləri dayandıra və yeni dünya nizamının əsasını qoya bilər.
Trampın planına görə, Ukrayna ərazisinin 20 faizini Rusiyaya güzəştə gedəcək və sülhə amerikalıların iştirakı olmadan ABŞ deyil, Rusiya prezidenti Putin şəxsən və çoxmillətli sülhməramlı qüvvələr zəmanət verəcək.
Rusiyanın yeni hücumu halında ABŞ və NATO Ukraynanı müdafiə etmək məcburiyyətində qalmayacaq.
Lent.az bildirir ki, bu barədə “The Telegraph” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, britaniyalı hərbçilərdən biri narazılığını ifadə edərək, Amerikanın yanaşmasını “qəbuledilməz” adlandırıb.
Qəzet yazır: “Belə bir nizamlanmanın aşkar riskləri bir şeydir, lakin Avropa ölkələrinin hakimiyyəti Tramp və Putinin digər ölkələrlə məsləhətləşmədən belə bir qərara gəldiklərindən şoka düşüb”.
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın vitse-prezidenti Cet Di Vens ilə görüşsə də, bu, kifayət qədər gecikmiş addım idi, çünki jurnalistlərə görə, Tramp və Putin arasında əsas razılaşmalar artıq əldə olunub.
Tam oxu
Xəbəri oxu