GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bizdən soruşurlar ki, niyə Rusiya ilə danışıqlar aparırıq? Rusiya ilə danışmadan müharibəni necə bitirəcəksiniz?”
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.
O, ABŞ Prezidenti Donald Trampın bu müharibəni dayandırmaq üçün səy göstərdiyini, bunun hər kəs üçün mühüm məsələ olduğunu deyib.
“Müharibəni bitirmək istəyirsənsə, müharibəyə daxil olan bütün tərəflərlə danışıqlar aparmalısan. Tramp Avropaya davamlı sülh gətirmək istəyir. Bu, Rusiya üçün də faydalıdır, Ukrayna üçün də, elə ABŞ xalqı üçün də”, – Vens deyib.
Aysel Əliyeva
Globalinfo.az