Tramp: Ukrayna münaqişəsi ilə bağlı demək olar ki, hər şey razılaşdırılıb

26.04.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya ilə Ukrayna arasında münaqişənin həlli ilə bağlı mümkün razılaşmanın əksər müddəaları razılaşdırılıb. Amerika liderinin sözlərinə görə, iki tərəf arasında "çox yüksək səviyyədə" görüş lazımdır.

Bizimyol.info xəbər verir ki, bu barədəTramp "Truth Sosial" sosial şəbəkəsində yazıb.

“Rusiya və Ukrayna ilə danışıqlar və görüşlər üçün yaxşı zaman yetişir. Onlar razılığa çox yaxındırlar və indi bunu başa çatdırmaq üçün hər iki tərəf çox yüksək səviyyədə görüşməlidir. Əsas məqamların çoxu razılaşdırılıb”, - deyə Amerika lideri vurğulayıb.

Tramp deyib ki, ABŞ rəsmiləri “münaqişənin sona çatmasına kömək etmək üçün lazım olan yerdə olacaqlar”.

Cümə günü Rusiya prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında ilin əvvəlindən bəri dördüncü görüş baş tutub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, söhbət üç saat davam edib və “konstruktiv və çox faydalı” olub.

Tramp görüşün səmərəli olduğunu bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью