Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib

25.10.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması istiqamətində yaxın vaxtlarda müəyyən irəliləyişlərin əldə oluna biləcəyinə ümid etdiyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə Miçiqan ştatına səfərindən əvvəl Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ Prezidentindən xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya səfərinin məqsədi barədə soruşulub.

“O, bir neçə məsələni müzakirə etmək üçün getmişdi. Bunlardan biri Ukrayna ilə bağlı münaqişədir. Düşünürəm ki, bu məsələdə müəyyən irəliləyiş olacaq”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti səfər çərçivəsində daha bir məsələnin müzakirə olunduğunu da açıqlayıb. Onun sözlərinə görə, sabiq Prezident Co Baydenin administrasiyası dövründə uzun müddət həbsdə saxlanılan bir şəxsin geri qaytarılmasına nail olunub.

Tramp Ukrayna münaqişəsinin həlli istiqamətində gözlədiyi irəliləyişin konkret nədən ibarət olacağını açıqlamayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью