Tramp Ukrayna münaqişəsinin nizamlanmasına nail ola bilər

18.11.2024

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


"Yalnız ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin danışıqlar masası arxasında nizamlanmasına nail ola bilər".
Newscenter.az TASS-a istinadən bildirir ki, bu bəyanatı Trampın keçid komandasının kommunikasiyalar üzrə direktoru Stiven Çun verib.
“Tramp kampaniyası zamanı dediyi kimi, o, sülh danışıqları, müharibəni bitirmək və qətli dayandırmaq üçün tərəfləri bir araya gətirə bilən yeganə şəxsdir” deyə Chun bildirib.
Lakin o, indiki Amerika administrasiyasının planları barədə Trampı əvvəlcədən xəbərdar edib-etmədiyini cavablandırmayıb.
Mehman Mehdiyev
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью