Tramp: Ukrayna münaqişəsinin səbəbkarı odur

18.03.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ağ Ev Ukrayna münaqişəsinin başlanmasında keçmiş administrasiyanı günahlandırıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt məlumat yayıb.

“Ukraynada hərbi əməliyyatlar keçmiş administrasiyanın səhvidir”, – Livitt bildirib.

O, Prezident Donald Trampın Ukraynada sülhə nail olmağa çalışdığını, bu məqsədə çatmaqda israrlı olduğunu qeyd edib.

“Biz heç vaxt sülh sazişinə bu qədər yaxın olmamışıq. Bildiyiniz kimi, prezident bu məqsədə çatmaqda israrlıdır”, – Ağ Evin sözçüsü deyib.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью