Tramp Ukrayna münaqişəsinin tezliklə bitəcəyinə əmindir

06.11.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, növbəti bir-iki həftə ərzində bir çox hadisələr baş verəcək.

Məlumatı “İzvestiya.ru” verib. 

“Növbəti bir-iki həftə ərzində bir çox maraqlı hadisələr görəcəksiniz. Hazırda çox işimiz var”, - deyə Tramp qeyd edib.

Amerika lideri həmçinin ölkədə minlərlə fabrikin tikiləcəyini açıqlayıb. O, tətbiq etdiyi tariflərin bu layihələrin həyata keçirilməsində həlledici rol oynadığını söyləyib. 

Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin çox tezliklə bitəcəyinə əminliyini də bildirib. Bundan əlavə, Ağ Ev rəhbəri genişmiqyaslı sülh müqaviləsinin hazırlandığını xatırladıb. 

Onun sözlərinə görə, müqavilələr Ukrayna münaqişəsinin həllindən kənara çıxa və “bütün Avropanı əhatə edə” bilər.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью