Tramp: Ukrayna NATO ya qoşulmaq istəklərini unutmalı olacaq

19.08.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 19 avqust , AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında razılığın əldə oluna biləcəyinə nikbin baxdığını bildirib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, “Fox News” kanalına müsahibəsində deyib.

Lakin Tramp vurğulayıb ki, Ukrayna həm Krımın qaytarılmasına ümidini, həm də NATO hərbi alyansına qoşulmaq istəklərini unutmalı olacaq. “Bunların heç biri mümkün deyil”, - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью