Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

29.05.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 may, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı ilə bağlı həmkarı Donald Tramp və ABŞ Konqresinə göndərdiyi məktuba cavab ala bilməyib.

AZƏRTAC “NBC News”a istinadən xəbər verir ki, Ukrayna lideri məktubun çərşənbə axşamı Vaşinqtona çatdırıldığını, lakin qarşı tərəfdən hələ də reaksiya olmadığını bildirib.

Qeyd edək ki, Volodimir Zelenski Ali Rada üzvləri ilə son görüşündə ABŞ-nin raketləri kifayət qədər məhdud sayda satdığını və buna görə də bu sahədə daha qətiyyətli işləməyə çalışacağını vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью