Tramp Ukrayna, Rusiya və sülh sazişi ilə bağlı yeni açıqlamalar verib | Icma.az
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Ukraynanın faydalı qazıntıları ilə bağlı razılaşmanı uğursuz hesab etmədiyini bildirib.
Siyasətçi sabah axşama planlaşdırılan çıxışında bu barədə daha ətraflı danışacağını deyib.
APA xəbər verir ki, Tramp Ukraynada əldə edilməsi mümkün olan yaxşı nadir torpaqların olduğunu, buna görə də bu sazişin ABŞ biznesi üçün çox vacib olduğunu deyib.
"Düşünürəm ki, bu, bizim üçün böyük bir işdir. Çünki axmaq Bayden 300-350 milyard dolları verdi. Və bilirsinizmi, nə baş verdi?
Biz heç nə almadıq. Biz sadəcə onu verdik. Biz bütün ABŞ Hərbi Dəniz Qüvvələrimizi 350 milyard dollara yenidən qura bilərdik.
Bir fikirləşin. İndi isə biz hər şeyi, hətta daha çoxunu geri qaytarırıq", - Tramp deyib.
Tramp Ukraynaya hərbi yardımı dayandırmaq qərarı ilə bağlı suala cavab verməyib.
Tam oxu
Xəbəri oxu