Icma.az, Ayna portalına istinadən məlumat yayır.
“Ukrayna münaqişəsinin həlli mənim üçün ən çətin məsələyə çevrilib”
“Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh prosesində əhəmiyyətli irəliləyişlər əldə edilib”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. Onun çıxışı Ağ Evin “YouTube” kanalında yayımlanıb.
Amerika lideri bildirib ki, Ukrayna münaqişəsinin həlli onun üçün “ən çətin məsələyə” çevrilib.
Tramp daha əvvəl Ukrayna münaqişəsinin tərəflərinin yekun razılığa gəlməyə və məsələnin həllinə "kifayət qədər yaxınlaşdıqlarını" bildirmişdi.