Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ukrayna üzərində üçüncü dünya müharibəsi təhlükəsi aradan qaldırılıb, Uitkoff bu sahədə yaxşı iş görür".Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Ağ Ev rəhbəri hesab edir ki, tərəflər Ukraynada razılaşmaya kifayət qədər yaxındırlar:"Münaqişə tərəfləri Ukrayna böhranının sülh yolu ilə həllinə çatmağa olduqca yaxındırlar".
Daha əvvəl Davosda Stiv Uitkoff və Cared Kuşner Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyevlə görüşüblər.
Görüş iki saatdan çox davam edib. Tərəflər Ukraynadakı münaqişənin həlli ilə bağlı Amerika planının təfərrüatlarını müzakirə ediblər.Anar So