Tramp Ukrayna və Rusiya arasında divar tikəcək?

02.05.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Polşadan nümunə götürərək Rusiya və Ukrayna sərhədində divar çəkməlidir.

“Cebheinfo.az” xəbər verir ki, "The Washington Post" qəzetinin köşə yazarı Mark Tissen bu təkliflə çıxış edib.

Onun sözlərinə görə, Prezident Donald Tramp sərhəd divarlarına inanır... Tramp Rusiya ilə Ukrayna arasında divar çəkməlidir.

Onun fikrincə, Tramp hələ də Meksika ilə sərhəddə divarı tamamlamaqda qərarlıdır.

Bundan başqa, jurnalist qeyd edib ki, Polşa Rusiya və Belarusla sərhəddə oxşar sədd çəkir.

Bu yaxınlarda ABŞ-nin Dövlət katibi Marko Rubio Moskva və Kiyevin münaqişənin həllinə yaxınlaşdığını bildirib. 

Müşfiq Abdulla 
 “Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью