Tramp: Ukraynada ABŞ qoşunları olmayacaq

19.08.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp əmin edib ki, o, Vaşinqton administrasiyasının başında qaldığı müddətdə Ukraynada ABŞ hərbçiləri olmayacaq.

Oxu.Az xəbər verir ki, dövlət başçısı bunu "Fox News" telekanalına müsahibəsində deyib.

Trampa ölkə hərbçilərinin Ukraynaya göndərilməyəcəyinə dair təminatların olub-olmaması ilə bağlı sual verilib.

"Mən sizi buna əmin edə bilərəm və mən prezidentəm. Əgər vaxtilə bizim adi bir prezidentimiz olsaydı - hətta böyük deyil, adi bir prezident olsaydı, bu (Ukrayna münaqişəsi - red.) baş verməzdi. Amma bizim heç bir fikri olmayan bir oğlanımız var idi", - deyə Tramp öz sələfi Baydenin uğursuz xarici siyasətinə işarə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью