Tramp Ukraynada atəşkəsin bu tarixədək əldə olunmasını istəyir

09.12.2025

Icma.az bildirir, Baku.ws portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı razılaşmanın Milad bayramına qədər əldə olunacağına ümid edir.

BAKU.WS xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.

Nəşrin məlumatına görə, Trampın komandası öz emissarları vasitəsilə Ukrayna prezidenti Volodimir Zelenskiyə yaxın günlərdə sülh təklifinə cavab verməsi üçün ciddi şəkildə çağırış edib. Məqsəd – Rusiya ilə atəşkəsin 25 dekabr, yəni Miladadək razılaşdırılmasıdır.

Dekabrın 9-da Donald Tramp "Politico" qəzetinə müsahibəsində bildirib ki, Zelenski artıq onun sülh planının müddəalarını nəzərdən keçirib razılaşmalıdır, çünki Ukrayna "uduzur". O, həmçinin Ukraynada demokratiyanın bərpası və seçkilərin keçirilməsini tövsiyə edib.

Rusiya barədə danışarkən, ABŞ prezidenti qeyd edib ki, Moskvanın danışıqlarda daha güclü mövqeyi var və 2014-cü ildə Barak Obamanın Krımı "Rusiyaya verdiyindən" təəssüfləndiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью