Tramp: Ukraynada münaqişənin həlli ilə bağlı növbəti bir neçə gün çox vacib olacaq

25.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Ukraynada münaqişənin həlli ilə bağlı danışıqlar üçün növbəti bir neçə gün çox vacib olacaq".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Biz bu müharibəni bitirmək istəyirik. Onu tez bir zamanda bitirmək istəyirik. Düşünürəm ki, böyük irəliləyiş əldə etdik. Görəcəyik növbəti bir neçə gündə nə baş verəcək - bu günlər çox vacib olacaq. Hazırda görüşlər davam edir", - deyə ABŞ lideri Ağ Evin Oval Kabinetində Norveç Baş naziri Yonas Qar Störe ilə görüşündə jurnalistlərin suallarına cavab verərkən bildirib.

O həmçinin Moskva ilə Kiyevin qəbul edəcəyi sülh sazişinin tezliklə hazırlanacağına inandığını ifadə edib.

"İnanıram ki, onlar (Rusiya və Ukrayna) bu təklifi qəbul edəcəklər və düşünürəm ki, biz bunu tezliklə bitirəcəyik", - deyə Tramp vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью