Tramp Ukraynada nəyə sahib olmaq istəyir? ARAŞDIRMA | Icma.az
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna torpaqları daha geniş əsas metal kateqoriyasına aid olan 17 nadir mineralı ehtiva edir, lakin onların çıxarılması böyük investisiyalar tələb olunur.
Sfera.az bildirir ki, bu torpaqlar ABŞ Prezidenti Donald Trampın əldə etməyə çalışdığı dünya mədən ehtiyatlarının təxminən 5 faizini özündə cəmləşdirir.
Lakin mütəxəssislər bu ehtiyatların hələ də istifadə olunmadığını bildirir.
"Global Mining"in 2024-cü il üzrə məlumatlarına əsasən, Ukrayna kömür də daxil olmaqla, bütün kateqoriyalar üzrə dünyanın ən böyük 40-cı mədən istehsalçısıdır.
2022-ci ildə isə Ukrayna dünyanın ən böyük 10-cu dəmir istehsalçısı olub.
Fransa Geoloji və Mədən Tədqiqatları Bürosunun da daxil olduğu bir qrup geoloq 2023-cü ildə Ukrayna ilə bağlı apardıqları araşdırmada dəmir, manqan və uran da daxil olmaqla, 100-dən çox faydalı qazıntı aşkarlayıb.
Mədənlər bir ölkənin iqtisadiyyatı və ya enerji istehsalı üçün həyati və hətta strateji əhəmiyyətə malikdir.
Tam oxu
Xəbəri oxu