Tramp: Ukraynada sülh uzunmüddətli olmalıdır

18.08.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişənin nizamlanması uzunmüddətli olmalıdır.

APA xəbər verir ki, bu barədə Tramp Volodimir Zelenski ilə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz əmin olmaq istəyirik ki, sülh əldə olunarsa, o, uzunmüddətli olsun. Biz iki il davam edən, sonra yenidən xaosa çeviriləcək sülhdən danışmırıq. Biz istəyirik ki, hər şey düzgün olsun,” – deyə Tramp vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью