“Tramp Ukraynada sülhə nail olmaq üçün Putin və Zelenskini güzəştlərə məcbur edir“ “Axios“…
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"ABŞ-ın gizli vasitəçiliyi və Avropanın fəallaşdığı bir vaxtda danışıqların istiqaməti dəyişir..." ABŞ prezidentinin danışıqlar komandası Ukrayna və Rusiya arasında mümkün sülh sazişi üçün tərəfləri bir sıra vacib güzəştlərə razı salmağı bacarıb.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb. Kiyev və Moskva güzəştə məcbur edilir Nəşrin məlumatlı mənbələri bildirir ki, St
Söhbətlər əsasən ərazi məsələləri və müharibədən sonrakı təhlükəsizlik zəmanətləri üzərində cəmlənib.
Mənbələrin dediyinə görə, ərazi mövzusu ən mürəkkəb müzakirə olub, lakin Vaşinqton bu məsələni həll etmək üçün "yeni ideyalar" üzərində işləyir.
ABŞ həmçinin Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri üzrə "əhəmiyyətli irəliləyiş" əldə edildiyini bildirir, amma detalların bütün tərəflər tərəfindən fərqli şərh edilməməsi üçün əlavə koordinasiya tələb olunur.
Uitkoff və Kuşnerlə növbəti görüşlər gələn həftə davam etdiriləcək. Bu arada Avropada da diplomatik fəallıq artır.
Fransa, Almaniya və Böyük Britaniya liderləri dekabrın 8-də Londonda Zelenski ilə görüşəcək və ABŞ-ın təşəbbüsünü, habelə Rusiya zərbələrinin yaratdığı yeni təhlükəsizlik reallığını müzakirə edəcəklər.
Tam oxu
Xəbəri oxu