Tramp Ukraynadakı münaqişəyə son qoymağı planlaşdırır KİV

07.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezident seçkilərində qələbə qazanan Donald Trampın ətrafı Ukraynanın Şimali Atlantika Alyansına müvəqqəti qoşulmamaq vədi müqabilində Ukrayna münaqişəsini dondurmağı və yeni silah tədarükünü təklif edib.

"Unikal" xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb. 

"Trampın keçid ofisi tərəfindən təklif edilən variantlardan biri Kiyevin ən azı 20 il NATO-ya üzv olmamaq vədini ehtiva edəcək ki, bunun müqabilində ABŞ Ukraynaya silah verməyə davam edəcək".

Lakin materialda zonanın təhlükəsizliyini kimin qoruyacağı barədə məlumat verilmir. Trampın komandasının adı açıqlanmayan üzvü əlavə edib ki, Vaşinqton hərbi təlimlər və digər dəstək formaları verməyə hazırdır, lakin sülhməramlı əməliyyatların əsas hissəsi Avropada olacaq.

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью