Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“ABŞ-nin keçmiş prezidenti Barak Obama Krım yarımadasını Rusiyaya vermək üçün Ukrayna hökumətinə təzyiq edib”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Politico”ya müsahibəsində deyib.
“Xəritəyə hər dəfə baxanda deyirəm: bu Krım nə qədər gözəldir. Hər tərəfdən okeanla (dənizlə) əhatə olunub. Əsas hissədən ora çatmaq üçün cəmi kiçik bir quru zolağı var. Krım nəhəngdir. Dörd bir yandan okeanla əhatə olunub, həm də isti bölgədir. Ən yaxşı hava, hər şeyin ən yaxşısı oradadır. Obama onları Krımdan imtina etməyə məcbur etdi. Məsələ belədir”.