Tramp Ukraynanı seçkilərə çağırıb

19.02.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ukraynada seçkilər keçirilməlidir, çünki hazırkı prezident Vladimir Zelenskinin reytinqi aşağıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Bildirilib ki, 2019-cu ildə seçilən Zelenskinin 4% reytinqi çox aşağıdır.

“The New York Post” qeyd edir ki, sorğulara əsasən, Ukrayna prezidentinin reytinqi 50%-dən yuxarıdır.

Ukraynada prezident seçkiləri 2024-cü ilin aprelində keçirilməli idi, lakin Rusiya 2022-ci ildə hərbi əməliyyatlara başladıqdan sonra ölkədə hərbi vəziyyət elan olunduğu üçün bu baş tutmadı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью