Tramp Ukraynanı xilas etməsindən danışdı: Müharibə bir gündə bitəcəkdi

29.04.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Düşünürəm ki, mən Ukraynanı xilas edirəm. Dəstəyim olmasaydı, bu ölkə çox tezliklə əzilmiş olardı”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “The Atlantic” nəşrinə müsahibəsində deyib.

O xatırladıb ki, Ukraynaya tank əleyhinə “Javelin” raketləri məhz onun icazəsi verilib və bu, işğalın əvvəlində Rusiya tankları ilə qarşılaşmaqda həlledici məqam olub: “Bu silahlar olmasaydı, müharibə bir gündə bitərdi. Mən onlara bu raketləri verməsəydim, ruslar Kiyevi alacaqdılar və müharibə bir gündə bitəcəkdi. Həqiqətən də, deyə bilərəm ki, mən bu ölkəni xilas edirəm. Düşünürəm ki, Ukraynaya böyük xidmət edirəm”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью