Icma.az, Moderator.az saytına istinadən bildirir. "Tramp komandası Ukraynada müharibəni andiçmə mərasimindən 100 gün sonra bitirmək üzərində
Moderator.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalının efirində bəyan edib.
Kellogun sözlərinə görə, həm o, həm də Donald Tramp problemi həll etmək üçün vaxtın məhdud olduğunu anlayır.
ABŞ-ın yeni seçilmiş prezidenti müharibəni mümkün qədər tez bitirmək istəyir.
"İnsanlar anlamalıdır ki, o, Putinə və ya ruslara nəsə verməyə çalışmır.
O, əslində, Ukraynanı və onun suverenliyini xilas etməyə çalışır", - deyə gələcək xüsusi nümayəndə vurğulayıb.
Kellog həmçinin qeyd edib ki, onun fikrincə, Baydenin "ən böyük səhvi" Rusiya diktatoru Vladimir Putinlə iki ildən çox müddət ərzində danışmaqdan imtina etməsi olub.
Eyni zamanda Tramp bunu etməyə hazırdır. İstefada olan general inanır ki, ABŞ-ın yeni seçilmiş prezidenti Kreml rəhbərinə və Ukrayna prezide