Tramp Ukraynaya açıq dedi: “Hər şey buna görə başladl”

27.02.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə gələcək sülh sazişi çərçivəsində Ukraynanın NATO-ya üzvlüyünə icazə verilməyəcəyini bildirib və razılıq əldə olunana qədər Moskvaya qarşı sanksiyaların ləğvini istisna edib.

“Siz NATO üzvlüyünü unuda bilərsiniz”,-deyə Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclasında Ukraynanın münaqişənin həlli üçün hansı güzəştlərə getməli olduğu sualına cavabında deyib: “Yəqin ki, hər şey buna görə başladı”.

Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının sülh danışıqlarının bir hissəsi olub-olmayacağı ilə bağlı suala Tramp belə cavab verib:

“Xeyr. Mən əvvəlcə Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün bir razılaşma əldə edə biləcəyimizi görmək istəyirəm”.

Xəzər
“Cebheinfo.az”

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью