Tramp: Ukraynaya dəstəyimiz Rusiyaya təzyiqdir

12.12.2024

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişədən Rusiyaya qarşı təzyiq aləti kimi istifadə etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Donald Trampın özü “Time” jurnalına müsahibəsində bildirib.

Tramp qeyd edib ki, ABŞ Ukraynaya dəstək göstərməklə münaqişəni sona çatdırmaq istəyir: "Bu dəstək Rusiyaya qarşı təsir rıçaqlarından biridir".

Tramp həmçinin Ukrayna Silahlı Qüvvələrinə Qərbin uzaqmənzilli silahları ilə zərbələr endirməsinə icazə verilməsi qərarına mənfi münasibət bəslədiyini vurğulayıb. Onun sözlərinə görə, bu, dünyada vəziyyəti daha da təhlükəli edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью