Tramp: Ukraynaya hamıya uyğun sülhməramlı qüvvələr olmalıdır

26.02.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Ukraynada bütün tərəflər üçün məqbul olacaq sülhməramlı kontingentin yerləşdirilməli olduğunu deyib.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

“Bizim sülhməramlılara da ehtiyacımız var. Hər kəs üçün məqbul olacaq sülhməramlı qüvvələr”, - Tramp əlavə edib.

Bundan əvvəl “Reuters” də Trampın Ukraynada sülhməramlıların yerləşdirilməsinə ehtiyac olduğunu dediyini yazmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью