Tramp Ukraynaya hərbi yardımı bərpa etdi Təcili

11.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ciddədə ABŞ-Ukrayna danışıqlarından sonra ABŞ Prezidenti Donald Tramp Kiyev hakimiyyətinə hərbi və kəşfiyyat yardımını dərhal bərpa etmək qərarına gəlib.

Axar.az xəbər verir ki, bunu mətbuat konfransında ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts deyib.

Qeyd edək ki, Ciddədə bu gün baş tutan danışıqlarda Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul edib.

Ukraynaya hərbi yardımın dayandırılması barədə qərarı Donald Tramp 4 martda vermişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью