Tramp Ukraynaya hərbi yardımı yenidən nəzərdən keçirir: İnaqurasiyadan sonra Kiyevi nə gözləyir?

09.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp ölkəsinin Ukraynaya gələcək hərbi yardımı ilə bağlı açıqlama verib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə respublikaçı "NBC News" telekanalına müsahibəsində danışıb.

O, Ukraynada silahlı münaqişəni fəal şəkildə bitirməyə çalışdığını vurğulayıb.

Bununla belə, Tramp əlavə edib ki, yanvarın 20-də keçiriləcək inaqurasiyasından sonra Ukrayna əvvəlki həcmdə hərbi yardım gözləməməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью