Tramp Ukraynaya məhdudiyyətləri aradan qaldırır?

27.05.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp sabiq prezident Co Baydenin Ukraynada hərbi əməliyyatlara qoyduğu bütün məhdudiyyətləri aradan qaldırmağı düşünür.

Axar.az xəbər verir ki, bu barədə “Kiyev Post” nəşri məlumat yayıb.

Məlumata görə, söhbət Rusiya ərazisinə uzaq məsafədən zərbələrdən gedir:

“Qərar Trampın hazırkı status-kvonun sülh danışıqları üçün əlverişli olmadığına inanması ilə bağlıdır. Ukraynaya dəstək və Rusiyanın cəzalandırılması məsələsi bu həftə Vaşinqtonda Almaniya ilə müzakirə olunacaq”.

Qeyd edək ki, dünən Almaniya kansleri Fridrix Merz Britaniya, Fransa, ABŞ və Almaniyanın Ukraynaya tədarük edilən silahlara dair mənzil məhdudiyyətini götürdüklərini açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью