“Tramp Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair hələlik qərar verməyib” “The Washington …
Icma.az, 525.az portalına istinadən məlumat yayır. “ABŞ prezidenti Donald Tramp Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərinin verilməsind
525.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Qeyd olunub ki, “İstəklilər koalisiyası”nı təşkil edən Avropa ölkələrinin liderləri havada və Qara dəniz sahillərində təhlükəsizliyin təmin edilməsi planlarını nəzərdən keçirirlər.
Planlara, həmçinin gələcək hücumlar zamanı cəbhədən çəkindirməni təmin etmək üçün qoşunların yerləşdirilməsini nəzərdə tutan "nümayiş elementi" də daxildir.
Qəzetin mənbələrinə görə, Avropa ölkələri burda əsas faktorun ABŞ-nin aviasiya və kəşfiyyat resurslarının olacağını düşünürlər.
Bununla belə, mümkün təhlükəsizlik zəmanətlərinin verilməsində ABŞ-nin rolu hələ müəyyən edilməyib.
Qəzet ABŞ administrasiyasının nümayəndəsindən sitat gətirir: “Təkliflə razılaşma arasında fərq var. Qərar prezidentin səlahiyyətindədir.
Hələlik o, heç bir qərar verməyib". Pərvanə Sultanova Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu