“Tramp Ukraynaya üç həftə vaxt verib, əgər təslim olmasa…” SENSASİON DETALLAR KONKRET

21.02.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Tramp Ukraynaya təslim olmaq üçün üç həftə vaxt verib”.

KONKRET.az xəbər verir ki, bunu Avropa Parlamentinin finlandiyalı deputatı Mika Aaltola deyib.

O bildirib ki, Tramp Aİ və NATO ölkələrinə Ukraynanın təslim olması məsələsini həll etmək üçün üç həftə vaxt verib.

“Birləşmiş Ştatlar Ukraynanın təslim olmasının şərtlərini razılaşdırmaq üçün bizə üç həftə vaxt verdi. Bunu həyata keçirməsək, Birləşmiş Ştatlar Avropanı tərk edəcək. Tramp xarici siyasətində Rusiyanın həm indiki, həm də gələcəkdəki təhlükəsizlik maraqlarını rəhbər tutur. Aİ və NATO ölkələri yaxın vaxtlarda qərar qəbul etməlidir. Böyümək üçün üç həftəmiz var”, – Aaltola vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью