Tramp: Ümid edirəm ki, İrana qarşı əlavə tədbirə ehtiyac yoxdur | Icma.az
Icma.az bildirir, Bizimyol portalına istinadən. ABŞ prezidenti Donald Tramp ümid edir ki, İrana qarşı əlavə tədbirə ehtiyac yoxdur.
Bizimyol.info xəbər verir ki, o, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunun zamanı CNBC-yə verdiyi müsahibədə bildirib.
"Ümid edirik ki, əlavə tədbirə ehtiyac yoxdur. Amma onlar küçələrdə insanları qəsdən güllələyirlər", - deyə o bildirib.
Tramp həmçinin İran rejiminin 837 etirazçının edamını ləğv etməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.
"Onlar bunu ləğv ediblər, ümid edirəm ki, əbədi olaraq davam edəcək", - deyə o qeyd edib.
Amerika lideri İrandakı etirazlar zamanı baş verən hadisələri izləməyə davam edəcəyinə söz verib.
Bundan əlavə, ABŞ ölkənin nüvə proqramını izləmək niyyətindədir. "Onların nüvə silahları ilə nə edəcəklərini öyrənəcəyik.
Onlar nüvə silahlarından istifadə edə bilməzlər. Əgər istifadə etsələr, yenidən zərbə endirəcəyik", - deyə o xəbərdarlıq edib.
Tam oxu
Xəbəri oxu