Tramp Uoltsa prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini təklif edib

12.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Tramp Florida ştatından olan konqresmen Mayk Uoltsa Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini təklif edib.

APA xəbər verir ki, bu haqda “Washington Post” mənbələrə istinadən yazıb.

ABŞ prezident seçkilərindən zəfərlə ayrılan Donald Tramp artıq andiçmədən bir neçə ay əvvəl komandasını formalaşdırmağa başlayıb.

Onun müşavirlik təklif etdiyi Mayk Uolts bir müddət əvvəl mətbuata açıqlqması zamanı Trampın Rusiya və Ukrayna nümayəndələrini danışıqlar masası arxasına gətirmək üçün dəqiq planı olduğunu bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью