Tramp USAID in baş müfəttişini işdən çıxarıb

12.02.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) baş müfəttişi Pol Martini vəzifəsindən azad edib.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bu barədə "NBC News" kanalı məlumat yayıb.

Fevralın 10-da USAİD-in Baş Müfəttişlik İdarəsi ABŞ prezidentinin və onun administrasiyasının hərəkətlərinin USAİD-ə mənfi təsirini əks etdirən hesabat yayıb.

Buraya işçilərin ixtisarı və nəzarətin olmaması ilə bağlı təhdidlər, habelə ABŞ-ın xarici yardımının dayandırılması ilə bağlı qeyri-müəyyənlik daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью