Tramp USAID in fəaliyyətini saxtakarlıq adlandırıb | Icma.az
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Tramp ABŞ Federal Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib.
APA xəbər verir ki, Tramp bunu Vaşinqtonda Yaponiyanın baş naziri Şiqeru İşiba ilə görüşü zamanı deyib.
"USAİD-ə baxanda bunların hamısı fırıldaqdır. Bu təşkilatın pulunun çox az hissəsi yaxşı məqsədlər üçün xərclənir.
Onun büdcəsinin hər bəndinə baxdığım zaman ya korrupsiya görürəm, ya da gülünc bir şey", - Tramp bildirib.
Qeyd edək ki, ABŞ hökuməti fevralın 3-də USAİD-in fəaliyyətini faktiki olaraq dayandırıb.
Tramp ABŞ dövlət katibi Marko Rubionu agentliyin müvəqqəti rəhbəri təyin edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu