Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, Amerika lideri uşaq tərbiyəsində valideynlərə verəcəyi əsas məsləhətlər barədə sualı belə cavablandırıb.
"Uşaqlar narkotik, siqaret, spirtli içkidən uzaq olmalıdırlar. Mən deyərdim: döymə də olmasın, amma o qədər də ciddi deyil, çünki bir çox insanın döyməsi var. Ancaq bundan qaça bilirsinizsə, ondan çəkinin", - deyə o, "New York Post"un "Pod Force One" podkastının efirində bildirib.
Tramp övladlarının nə vaxtsa siyasi fəaliyyətlə məşğul olmağı planlaşdırıb-planlamaması sualına birbaşa cavab verməyib. “Bilirsiniz, istənilən valideyn övladlarının xüsusi olduğunu düşünür. Uşaqlarımın hamısı yaxşı oxuyub. Onlar çox işləyirlər və digər insanlarla yaxşı rəftar edirlər”, – deyə Ağ Evin rəhbəri əlavə edib.
Qadir, Bizimyol.info