Tramp USQnin Amerikanın uzaqmənzilli silahları ilə Rusiyanı vurmasına qarşı çıxıb

12.12.2024

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazisini Amerikanın uzaqmənzilli silahları ilə vurmasına qarşı çıxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp "Time" nəşrinə müsahibəsində bildirib

O, həmçinin noyabrda baş vermiş bu raketlərin buraxılışına görə Kiyevi tənqid edib.

“Mən Rusiyaya yüzlərlə mil məsafədə raket göndərilməsi ilə qətiyyən razı deyiləm. Niyə bunu edirik? Biz sadəcə olaraq bu müharibəni gücləndiririk və onu daha da dərinləşdiririk. Buna yol vermək olmaz”, - deyə Tramp qeyd edib.

ABŞ prezidentinin sözlərinə görə, Yaxın Şərqdəki vəziyyəti həll etmək Ukraynadakı müharibədən daha asandır.

“Düşünürəm ki, bu barədə danışmazdan əvvəl, düşünürəm ki, Yaxın Şərq Rusiya və Ukrayna ilə baş verənlərdən daha asan həll olunan problemdir. Yaxşı, bunu əvvəlcədən demək istəyirəm. Yaxın Şərq həll olunacaq”,- deyə bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью