Tramp ÜST rəhbərinin amerikalı olmasını istəyir Reuters

06.02.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


ABŞ prezidenti Donald Trampın administrasiyası Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) islahatlar planını nəzərdən keçirir. Planın əsas məqamlarından biri ÜST-nın sədri postuna amerikalının təyin edilməsidir.

Bakupost.az xəbər verir ki, bu barədə Reuters agentliyinə plan və Tramp administrasiyasının təklif sənədi ilə əlaqəli iki mənbə məlumat verib.

Qeyd olunur ki, ÜST-də islahatlar planı ABŞ prezidentinin 20 yanvarda andiçmə mərasimindən əvvəl onun müşavirlərinə verilib. Sənəddə ABŞ-ın təşkilatdan çıxması, eləcə də ÜST ilə qarşılıqlı fəaliyyətə “köklü yeni yanaşma”nın qəbulu ilə bağlı tövsiyələr yer alıb.


Zaur, BakuPosr


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью